AZ

ABL: “Neftçi” “Gəncə”yə qalib gəldi – ARENA.AZ

Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 18-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun “Neftçi” ilə “Gəncə” arasında baş tutub.

Sərhədçi İdman Mərkəzində təşkil edilmiş qarşılaşma Bakı klubunun 76:72 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, turun əvvəlki matçlarında “Sumqayıt” “Quba”nı (117:116), “Sərhədçi” “Ordu”nu (70:67), “Naxçıvan” “Lənkəran”ı (104:73), “Sabah” “Şəki”ni (102:82), “Abşeron Lions” isə NTD-ni (107:88) məğlub edib.

Beləliklə, 18 turdan sonra turnir cədvəlindəki vəziyyət belədir:

A qrupu: Sabah – 35. Abşeron Lions – 34. Neftçi – 27. Gəncə – 26. NTD – 20. Şəki – 20.

B qrupu: Ordu – 34. Naxçıvan – 32. Sərhədçi – 25. Sumqayıt – 25. Quba – 24. Lənkəran – 23.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
71
7
arena.az

10Mənbələr