AZ

Avropa çempionatı: Azərbaycanın daha 3 güləşçisi finala yüksəlib

Zrenyanin, 10 mart, AZƏRTAC

Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçiləri Ceyhun Allahverdiyev (61 kiloqram), Ali Tsokayev (92 kiloqram) və Yusif Dursunov (125 kq) finala yüksəliblər. Ağanəzər Novruzov (74) kiloqram) ilə Vasif Xudiyev (86 kiloqram) bürünc medal uğrunda mübarizə aparacaqlar.

Ötən gün Vasif Bağırov (57 kiloqram) və Səbuhi Əmiraslanov (79 kiloqram) adlarını finala yazdırıblar. Musa Ağayev (65 kiloqram) ilə Zəfər Əliyev (97 kiloqram) bürünc medal uğrunda güləşəcəklər. Ramik Heybətov (70 kiloqram) isə təsəlliverici görüşə çıxacaq.

Qeyd edək ki, U-23 Avropa çempionatına martın 15-də yekun vurulacaq.

Müxbir - Cavid Əliyev

Seçilən
1
34
azertag.az

10Mənbələr