AZ

Cəlilabadda ananın oğlunu ehtiyatsızlıqdan öldürdüyü məlum olub - YENİLƏNİB

Cəlilabadda yeniyetmənin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Moderator.az-ın məlumatına görə, 2011-ci il təvəllüdlü Mirkamal Abdulhüseynli yaşadığı evdə döş nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət alıb.

O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlərin çoxsaylı səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, yeniyetmənin anası Səliqə Abdulhüseynova bıçaqla ət doğrayan zaman ehtiyatsızlıqdan oğlunu itələyib. Nəticədə övladı bıçaq xəsarəti alıb. Qadın saxlanılıb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır. Hadisə ilə bağlı əlavə şərh verilməyib.

Cəlilabadda 51 yaşlı kişinin meyiti aşkarlanıb.

Moderator.az-ın verdiyi xəbərə görə hadisə rayonun Maşlıq kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1975-ci il təvəllüdlü Zaur Babayevin yaşadığı evdə meyiti tapılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
110
6
moderator.az

10Mənbələr