AZ

Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 11 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşür.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, taxılın ümumi çəkisi 1 023 tondur.

Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək..

Seçilən
12
28
missiya.az

10Mənbələr