AZ

Söyüş və əlbəyaxa davaya görə 3 məşqçiyə 27 min manat cərimə yazıldı

"Sabah"ın məşqçisi Valerio Zuddas yeddi oyunluq cəzalanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Mütəxəssis Misli Premyer Liqasının XXII turunda "Qarabağ"la oyunda rəqib ehtiyat skamyaya qeyri-etik jest etdiyinə görə bu halla üzləşib.

"Sabah" klubu 15000 manat cərimələnib.

"Qarabağ"ın məşqçiləri Müşfiq Hüseynov və Zaur Tağızadə altı oyunluq cəza alıblar. Onlar sözügedən qarşılaşmada kütləvi davada iştirak ediblər.

Ağdam klubu hər iki mütəxəssisə görə 6 min manat (birlikdə 12 min manat) ödəməli olacaq.


Telegram kanalımız
Seçilən
69
2
yenisabah.az

10Mənbələr