AZ

Bakıda söküntü zamanı diferensial kompensasiya məbləğləri tətbiq olunsun – Deputat

Bakı. Trend:

Paytaxtda dövlət ehtiyacları üçün daşınmaz əmlakakompensasiyaların ödənilməsində diferensial yanaşmanın tətbiqiməqsədəuyğun olardı.

Trend xəbərverir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentinbugünkü plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildəfəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, bəzi həyət evlərinin sahələri kifayətqədər kiçikdir və həmin mənzillərə kompensasiyanın kvadrat metrəuyğun hesablanması, yoxsa ümumi evə görə konrket rəqəmin ödənilməsivacib məqamlardandır:

“Məsələn, bəzi evlərin sahələri 30 və hətta bir sıra hallarda 20kvadrat metrdən azdır. Aydındır ki, sabit ödənişlər olan zaman azsahəsi olan mənzillərə ödənilən kompensasiya məbləği də müqayisəlişəkildə aşağı olur. O baxımdan, daha məqsədəuyğun olardı ki,söküntülər zamanı Bakıda da diferensial kompensasiya məbləğləritətbiq olunsun. Bu halda sahəsi nisbətən kiçik olan evlər üçünkompensasiya kvadrat metrə uyğun deyil, həmin mənzil sahibinə evalmaq üçün yetərli məbləğdə ödənilə bilər. Bu isə nisbətən azsahəli ev sahiblərinin mənzil probleminin həllinə dəstəkolardı”.

Seçilən
1
9
az.trend.az

10Mənbələr