AZ

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

Bakı. Trend:

Azərbaycanda bu ilin fevral ayı üzrə bahalaşan və ucuzlaşanməhsulların siyahısı məlum olub.

Trend DövlətStatistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin fevralayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından əsasənçörək, kolbasa məmulatları, təzə balıq, süd, xama, pendir, kəsmik,süfrə marqarini, zeytun, günəbaxan və qarğıdalı yağları, limon,naringi, banan, alma, armud, heyva, nar, qoz, fındıq, göyərti,xiyar, pomidor, balqabaq, yerkökü, kartof, təbii bal, qəhvə, kakao,mineral sular, sərinləşdirici içkilər, şirələr, alkoqollu içkilərbahalaşmış, qoyun əti, yumurta, portağal, şabalıd, ağ kələm, soğanisə ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddidəyişikliklər baş verməyib.

2026-cı ilin fevral ayında qeyri-qida məhsulları üzrə istehlakqiymətləri əvvəlki aya nisbətən 0,3 faiz, yanvar-fevral aylarındaisə əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,6 faiz artıb. Fevralayında əvvəlki ayla müqayisədə əsasən sement, keramik plitələr,mebellər, yuyucu vasitələr, şəxsi gigiyena vasitələri, zərgərlikməmulatları bahalaşıb, qış geyimləri, divar kağızları, plastikborular, kəsilmiş taxta isə ucuzlaşıb. Digər qeyri-qidaməhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2026-cı ilin fevral ayında əhaliyə göstərilmiş ödənişlixidmətlər üzrə qiymət artımı əvvəlki aya nisbətən 0,2 faiz,yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən5,7 faiz təşkil edib. Fevral ayında əvvəlki ayla müqayisədə əhaliyəgöstərilmiş ödənişli xidmətlərdən əsasən tibbi, mehmanxana,bərbərxana, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digərölkələrə sərnişindaşıma xidmətləri bahalaşmış, hava nəqliyyatı iləMDB ölkələrinə sərnişindaşıma xidmətləri və istirahət turları isəucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddidəyişikliklər baş verməyib.

Qeyd edək ki, 2026-cı ilin fevral ayında istehlak qiymətləri2025-ci ilin fevral ayına nisbətən 5,7 faiz, o cümlədən qidaməhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz,qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişlixidmətlər üzrə 5,7 faiz artıb.

2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə orta illikqiymət artımı 5,7 faiz, son bir ayda isə 0,6 faiz təşkil edib.

Seçilən
21
18
az.trend.az

10Mənbələr