İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri İbrahim Əzizi bildirib ki, bütün Ukrayna ərazisi İran hücumları üçün qanuni hədəfə çevrilir.
"Unikal" xəbər verir ki, o, bu barədə sosial mediada yazıb:
"İsraili dronlarla dəstəkləməklə, uğursuz Ukrayna faktiki olaraq müharibəyə cəlb olunub və BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, bütün ərazisini İran üçün qanuni hədəfə çevirib".
Kiyev lideri Volodimir Zelenski "The New York Times" qəzetinə verdiyi müsahibədə ABŞ-nin kömək istədiyi və ertəsi gün Ukraynanın dron mütəxəssislərindən ibarət komandasının göndərildiyi bildirmişdi. ABŞ prezidenti Donald Tramp bu məlumatı təkzib edərək bildirib ki, ABŞ-nin Yaxın Şərqdə dronlarla mübarizədə Ukraynanın köməyinə ehtiyacı yoxdur.