AZ

Azərbaycanın 3x3 basketbol millisi FIBA Çempionlar Kubokunda finala yüksəldi

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda finala yüksəlib.

Bizim.Media xəbər verir ki, yarımfinalda ABŞ seçməsi ilə üz-üzə gələn yığma 22:20 hesablı qələbə qazanıb.

Azərbaycanın həlledici mərhələdəki rəqibi Kanada və Niderland millilərindən biri olacaq.

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.

Bizim.Media

Seçilən
33
33
bizim.media

10Mənbələr