AZ

Kasım-Jomart Tokayev: Prezident seçkiləri 2029-cu ildə keçiriləcək

Astana, 15 mart, AZƏRTAC

Qazaxıstanda növbəti prezident seçkiləri mövcud Konstitusiya ilə müəyyən edilmiş tarixlərə uyğun olaraq 2029-cu ildə keçiriləcək. AZƏRTAC-ın Akorda mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bunu referendum səsverməsindən sonra keçirilən brifinqdə bildirib.

Dövlət başçısı konstitusiya islahatının hakimiyyət keçidinə hazırlıq olması ilə bağlı suala cavab olaraq bildirib: “Bunun cəmiyyətə mənfi təsir göstərəcəyindən qorxmağa heç bir səbəb yoxdur. Vitse-prezident vəzifəsinin yaradılması dövlət hakimiyyəti institutlarını gücləndirəcək və bu, gələcəkdə özünü göstərəcək. Prezident kimi, mən bu vəzifəyə, eləcə də ümumilikdə bütün islahatlara böyük ümidlər bəsləyirəm”.

Növbəti prezident seçkiləri planlaşdırıldığı kimi, mövcud Konstitusiya ilə müəyyən edilmiş tarixdə - 2029-cu ildə keçiriləcək.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
65
4
azertag.az

10Mənbələr