BAKI, 15 mart. TELEQRAF
Bu gün qadınlar arasında keçirilən 3x3 basketbol üzrə FİBA Çempionlar Kubokunun qalibi müəyyənləşib.
Teleqraf xəbər verir ki, millimiz final görüşündə Niderland seçməsi ilə qarşılaşıb.
Yekun hesabda yığmamız 12:21 hesabı ilə məğıub olaraq turniri ikinci pillədə başa vurub.
Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə verən Olimpiya Təsnifat turnirində iştirak hüququ qazanacaq.