AZ

Bu tarixdən metroda 30 manat cərimələnə bilərsiniz

İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, aprelin 1-dən Bakı metropoliteninin stansiyalarında və qatarlarda elektron siqaretlərdən istifadə qadağası qüvvəyə minir.

NOCOMMENT.az xəbər verir ki, qaydaya əməl etməyənlər 30 manat cərimə olunacaqlar.

Metropoliten rəhbərliyi sərnişinlərə müraciət edib: “Unutmayın ki, qaydalar hər bir sərnişinin sağlamlığı və rahatlığı üçün nəzərdə tutulub. Gəlin ictimai nəqliyyatda sağlam mühiti birlikdə qoruyaq. Daha rahat səfər üçün qaydalara riayət edək”.

Seçilən
29
12
nocomment.az

10Mənbələr