AZ

İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb

ain.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani öldürülüb.

APA xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.

Katz "Kanal 12" telekanalına İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüldüyünü təsdiqləyib.

***

12:39

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin aviazərbə nəticəsində yaralanması və ya ölməsi dəqiq bilinmir.

Bu barədə "The Times of Israel” İsrail rəsmilərinə istinadən məlumat yayıb.

İsrail Müdafiə Qüvvələrində (IDF) mənbələrin verdiyi məlumata görə, İranda Fələstin İslami Cihadı lideri Əkrəm əl-Acuri və terror qruplaşmasının digər yüksək vəzifəli şəxsləri hədəf alınıb.

İsrail Müdafiə Qüvvələri Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir bir növ bu məlumatları təsdiqləyib.

Laricaniyə qarşı həyata keçirilən aviazərbəyə işarə edən generalın sözlərinə görə, İsrail Müdafiə Qüvvələri İranda çoxsaylı hədəflərə qarşı qətiyyətlə hərəkət etməyə davam edir.

O vurğulayıb ki, gecə ərzində İsrail Müdafiə Qüvvələrinin nəticələrinə və missiyalarına təsir göstərə biləcək "əhəmiyyətli nailiyyətlər" qeydə alınıb.

***

12:10

İsrail Müdafiə Qüvvələrinin bu gecə hücum hədəfləri arasında İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani də olub.

Bu barədə "Ynet” portalı məlumat yayıb.

İran tərəfindən məsələ ilə bağlı hər hansı açıqlama yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
5
azxeber.com

10Mənbələr