AZ

"Bizimləsən" və "Rəngarəng" proqramlarının yayımı dayandırıldı

"Azad Azərbaycan" (ATV) telekanalında yayımı dayandırılan iki verilişin adı məlum olub.Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, "Bizimləsən" və "Rəngarəng" proqramları efirdən çıxarılıb. Kanalın mətbuat xidmətindən bildirilib ki, məlumat doğrudur: "Qərar kanal rəhbərliyi tərəfindən qəbul edilib".

Eyni zamanda, ARB kanalında da ciddi efir dəyişikliklərinin olacağı gözlənilir. Hansı verilişlərin yayımının dayandırılacağı isə dəqiqləşdirilir.

Seçilən
20
18
metbuat.az

10Mənbələr