AZ

Azərbaycana yaz gəldi

BAKI, 20 mart. TELEQRAF

Azərbaycana Yaz fəsli qədəm qoyub.

Teleqraf xəbər verir ki, yazın gəlişi Bakı vaxtı ilə saat 18:45:53-də baş verib.

Bu zaman gecə ilə gündüz bərabərləşib və Günəş düz şərqdə doğub, qərbdə batıb.

Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçib. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayıb.

Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq.

Seçilən
12
49
teleqraf.com

10Mənbələr