AZ

Əvəzedicilər: “Qarabağ” 3, “Neftçi” 2 qolla qalib gəldi – ARENA.AZ

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 21-ci turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutub.

“Qarabağ-2” – “Sabah-2” oyununda Ağdam təmsilçisi inamlı qələbəyə sevinib. “Turan Tovuz-2” – “Neftçi-2” görüşü isə qonaqların qələbəsiylə yekunlaşıb.

21-ci tura martın 22-də keçiriləcək “Kəpəz-2” – “Qəbələ-2” matçı ilə yekun vurulacaq.

Əvəzedicilər Liqası
21-ci tur
20 mart

“Zirə-2” – “Araz-Naxçıvan-2” 4:1
Qollar: Nurhan Abdıyev, 51-pen. Elmar Məmmədov, 80; 90+4. İslam Nəcəfli, 89-pen – Fərid Tağıyev, 85.
Hakimlər: Niyaz Əhmədov, Sevda Nuriyeva, Zakir Şükürzadə, Fəridə Lütfəliyeva.
Haki-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu, 13:00.

“Şamaxı-2” – “Sumqayıt-2” 2:5
Qollar: Məmməd Əhmədov, 5. Nihat Mehralıyev, 89 – Elgün İsaqov, 14; 58. Əjdər Hacılı, 63; 85. Arif İsrafilbəyov, 86.
Hakimlər: Maqsud Şamıyev, Rasim Axundov, Asif Abdullayev, Samir Musayev.
Haki-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı şəhər stadionu, 15:00.

21 mart

“Qarabağ-2” – “Sabah-2” 3:1
Qollar: Nicat Xasıyev, 5. Məsud Əlişanlı, 84. Allahverdi Rəhimov, 90+3 – Nihat Cabbarov, 8.
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Xəlil Xəlilov.
Haki-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Binə qəsəbə stadionu, 14:00.

“Turan Tovuz-2” – “Neftçi-2” 1:2
Qollar: İsmayıl İsmayılov, 45 – Ezekiel Oluvafemi, 60. Məhəmməd Məmmədli, 78.
Hakimlər: Ruslan Quliyev, Ağadur Mahmudov, Elvin Mədətov, Sərxan İsmayılov.
Haki-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

22 mart

“Kəpəz-2” – “Qəbələ-2”
Hakimlər: Elçin Abdullayev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Rüfət Əhmədov.
Haki-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
41
9
arena.az

10Mənbələr