AZ

Premyer Liqa: "Liverpul" səfərdə məğlub olub

Bakı, 21 mart, AZƏRTAC

İngiltərə Premyer Liqasında 31-ci turun oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, "Liverpul" səfərdə "Brayton"un qonağı olub. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda Mersisayd klubu 49 xalla beşinci pillədə qərarlaşıb. "Brayton" isə 43 xalla səkkizinci yerdədir.

Müxbir - Cavid Əliyev

Seçilən
144
29
azertag.az

10Mənbələr