AZ

Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Bakı.Trend:

Gündəlik olaraq on minlərlə vətəndaşın eyni saatlarda şəhərmərkəzinə doğru və ya yarımadanın fərqli tərəflərinə hərəkət etməsiəsas magistral yollarda ciddi sıxlıq yaradır. Hazırda ətrafdan,xüsusilə də M4, M1, M3 – Ələt və ümumilikdə Bakıətrafı yollardangələn, lakin əslində şəhər mərkəzinə daxil olmaq istəməyənsürücülər alternativ dəhlizlər olmadığı üçün məcburi tranzit olaraqmərkəzə daxil olmalı, yəni şəhərin əsas yollarından istifadə etməliolurlar.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən(AYNA) məlumat verilib.

Bildirilib ki, mövcud yollar artıq tələbatı ödəyə bilmədiyi üçünsürücülər məcburiyyət qarşısında onsuz da həddindən artıq yüklənmişmərkəzi arteriyalardan istifadə edirlər.

Dövlət Proqramında nəzərdə tutulan layihələrin əsashədəflərindən biri də yol hərəkəti iştirakçılarının şəhər mərkəzinəvə sıxlıq olan yollara daxil olmadan istədikləri istiqamətə rahatvə fasiləsiz hərəkətini təmin etməkdir. Məhz bu məqsədlə hazırda 3yeni irimiqyaslı strateji yolun inşası planlaşdırılıb.

Birinci vacib layihə Bilgəh–Novxanı–Xırdalan–M4 avtomobilyoludur. Bu nəhəng infrastruktur layihəsi Abşeron yarımadasınınşimal-şərqindəki yaşayış məntəqələrini Bakı şəhərinə daxil olmadanbirbaşa şimal istiqaməti və Bakı-Şamaxı-Yevlax magistralı iləbirləşdirəcək. Beləliklə, şimal və qərb zonası ilə daha səmərəlinəqliyyat əlaqəsi qurulacaq.

İkinci mühüm layihə Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirəndairəvi avtomobil yoludur. Bu yol yarımadanın şərqindəki Sabunçurayonu ilə qərbdəki Sulutəpə qəsəbəsi arasında birbaşa və sürətlinəqliyyat əlaqəsi yaradacaq. Sabunçu, Zabrat, Kürdəxanı, Sulutəpəvə Binəqədi ərazilərində əhalinin sürətlə artdığı bir dövrdə bu yolyeni alternativ marşrut rolunu oynayacaq. Nəticədə nəqliyyat axınımərkəzi yollara daxil olmadan yönləndiriləcək və şəhərdaxilitıxaclar əhəmiyyətli dərəcədə azalacaq.

Üçüncü istiqamət isə Bakı Dairəvi−1 avtomobil yolu ilə ZiyaBünyadov prospektini əlaqələndirən dairəvi avtomobil yoludur.Məlumdur ki, hazırda Dairəvi-1 avtomobil yolu natamam olduğu üçünM1 yoluna, yəni Bakı-Sumqayıt şosesinə əlavə böyük yük düşür. Bubirbaşa bağlantı sayəsində şəhərin əsas nəqliyyat arteriyalarınıninteqrasiyası güclənəcək. Xırdalan və Sumqayıt istiqamətindən gələnnəqliyyat axını "20 Yanvar" dairəsinə daxil olmadan birbaşametronun "Koroğlu" stansiyası istiqamətinə hərəkət edə biləcək. Buda həm mərkəzi yolların, həm də Ziya Bünyadov prospekti üzərindəkinəqliyyat yükünü azaltmağa kömək edəcək.

Bu layihələrin vətəndaşlara qazandıracağı rahatlığı realnümunələr üzərindən göstərək:

Məsələn, Respublikanın şəhər və rayonlarından, xüsusilə dəMüşfiqabad, 28 May qəsəbələrindən Bilgəh istiqamətinə getməkistəyən sürücülər Bilgəh–Novxanı–Xırdalan–M4 avtomobil yolundanistifadə etməklə şəhərə daxil olmadan bu səfəri yerinə yetirəbiləcəklər.

Sulutəpədən Aeroport şosesinə çıxmaq istəyənlər isə Sabunçu vəSulutəpə qəsəbələrini birləşdirən dairəvi avtomobil yolunu seçərəktıxaca düşmədən, maneəsiz şəkildə hərəkət edəcəklər.

Yaxud, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” və “Sədərək”ticarət mərkəzlərindən Binə qəsəbəsi, metronun “Koroğlu” və ya“Əhmədli” stansiyaları istiqamətinə və ya əksinə getmək istəyənvətəndaşlar layihə çərçivəsində tamamlanacaq Bakı Dairəvi−1avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirən dairəviavtomobil yolundan istifadə edərək şəhər mərkəzini yükləmədən,birbaşa və kəsintisiz şəkildə mənzilbaşına çatacaqlar.

Artıq Bilgəh–M4 avtomobil yolunun inşası aparılır, 2027-ci ildəisə bu magistralın istifadəyə verilməsi planlaşdırılır. Bu yolunümumi uzunluğu təxminən 29 kilometr təşkil edəcək və 6 zolaqlıolacaq.

Dövlət Proqramında nəzərdə tutulan bu 3 layihə vətəndaşlarınümumi şəhər yollarına daxil olmadan və mərkəzi küçələrdən istifadəetmədən istədikləri istiqamətə rahat gediş-gəlişini təmin edəcək.Bu layihələrin yekunlaşması ilə şəhərin mərkəzinin və əsasmagistralların yükü kəskin şəkildə azalacaq.

Seçilən
49
34
az.trend.az

10Mənbələr