AZ

ABŞ İran danışıqlarına hansı ölkə vasitəçilik edəcək? Rəsmi Tehrandan AÇIQLAMA

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

“İran son bir neçə gün ərzində müxtəlif ölkələrdən Tehran və Vaşinqton arasında danışıqların təşkilində vasitəçi kimi çıxış etmək təklifləri ilə bağlı sorğular alır”.Bizim.Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai "India Today" telekanalına müsahibəsində bildirib."Mən inkar edə bilmərəm ki, regionda və kənarda olan bir çox ölkələr İran və Birləşmiş Ştatlar arasında danışıqlarda vasitəçi kimi çıxış etmək təklifi ilə İrana müraciət ediblər. Mesajlar artıq bir neçə gündür gəlir. Biz bir növ danışıqlarla bağlı sorğular almışıq və onlara cavab vermişik. Bizim mövqeyimiz son dərəcə aydındır: biz müdafiə olunmağa davam edirik", - Bəqai deyib.Onun sözlərinə görə, ABŞ və İsrailin İranla danışıqlar aparmaq niyyəti ilə bağlı bəyanatları etibara layiq deyil, çünki münaqişəni məhz onlar başladıblar.İ.Bəqai İranın xarici işlər naziri Abbas Əraqçinin qonşu ölkələrdən olan həmkarları, o cümlədən Pakistanla apardığı danışıqlar barədə isə vurğulayıb ki, qonşuların regionda gərginliyi azaltmaq üçün xoş niyyətlərini görür.

 

"Pakistan, şübhəsiz ki, bizim qonşumuzdur. Digər qonşularımızla olduğu kimi, Pakistanla da yaxşı münasibətlərimiz var. Düşünürük ki, onlar xoş niyyətlidir. Xarici işlər nazirimiz qonşu ölkələrdən olan həmkarları ilə əlaqə saxlayır. Bu cür danışıqlar İran, onun qonşuları və digər dost ölkələr arasında aparılır. Biz başa düşürük ki, region dövlətləri və qonşu ölkələr nəticələrdən narahatdırlar və hər kəs vəziyyəti yumşaltmağa hansısa yolla kömək etməyə çalışır", - o əlavə edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar aparıldığını və böyük irəliləyiş əldə olunduğunu bildirib.Bundan əlavə, Qərb KİV-ləri ABŞ-ın İrana ünvanladığı 15 maddəlik sülh planının mətnini dərc edib. Sözügedən mətndə İrana qarşı bütün sanksiyaların ləğvi, o cümlədən ABŞ-ın mülki nüvə layihəsinin (elektrik enerjisi istehsalı) inkişafına yardım göstərməsi kimi məqamlar öz əksini tapıb.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
50
bizim.media

10Mənbələr