Hazırda Bakıda və Abşeron yarımadasında yağış yağır.1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin martın 25-i saat 15:00-a olan məlumatında qeyd edilib. Düşən yağıntının miqdarı 5 mm-dək qeydə alınır.
Yağıntılı hava şəraitinin martın 27-si gün ərzində daha da intensivləşəcəyi gözlənilir.