AZ

Abbas Əraqçi İran zəvvarlarına yardıma görə Azərbaycana təşəkkür edib

İranın xarici işlər naziri Abbas Əraqçi Yaxın Şərqdə müharibə başladıqdan sonra xaricdə qalmış İran zəvvarlarına yardıma görə Azərbaycana, eləcə də bir sıra ölkələrə təşəkkür edib.

Ölkə.az "Report"a istinadən xəbər verir ki, o, bu barədə İranın dövlət televiziyasına bildirib.

Əraqçi xüsusilə Türkiyə, Azərbaycan, Ermənistan, Əfqanıstan və Səudiyyə Ərəbistanına ABŞ və İsraillə münaqişə zamanı xaricdə qalan İran zəvvarlarına yardıma görə təşəkkür edib.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Seçilən
6
7
olke.az

10Mənbələr