AZ

Beynəlxalq səyyahlar Xocalı soyqırımı memorialını ziyarət ediblər

Beynəlxalq səyyahlar Xocalı soyqırımı memorialını ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, onlar Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış memorial abidə ilə tanış olub, hadisənin tarixi və faciənin nəticələri barədə ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, “NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidis-in başçılığı ilə beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb.

Qonaqlar səfərə Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərindən daxil olublar. Səfər çərçivəsində bu gün Ağdam və Şuşa şəhərlərinə baş çəkilməsi planlaşdırılır. Sabah isə heyət Laçın şəhərində olacaq, daha sonra Zəngilan və Füzuli rayonlarına səfər edəcək.

Heyət 37 ölkədən olan 79 nəfərdən ibarətdir. Bu, indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyahətçilər arasında say baxımından ən böyük qrup hesab olunur.

Seçilən
25
6
ikisahil.az

10Mənbələr