AZ

Xaçmazda yaşayış evlərini su basdı – Sakinlər təxliyə edildi (VİDEO)

Xaçmaz rayonu, Cığatay kəndində yağan intensiv yağışlar nəticəsində fərdi yaşayış evlərinə su dolub və sakinlər köməksiz vəziyyətdə qalıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Bildirilir ki, dərhal əraziyə FHN-in Mülki müdafiə qoşunları və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Görülən tədbirlər nəticəsində köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Həyata keçirilən tədbirlər nəticəsində 5-i azyaşlı və 1-i əlilliyi olan şəxs olmaqla ümumilikdə 22 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.

Seçilən
2
33
nocomment.az

10Mənbələr