AZ

Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq davam etdirilir.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində 25-i azyaşlı olmaqla ümumilikdə 118 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Qeyd edəki ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri ümumilikdə FHN-in Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Sumqayıt Regional Mərkəzinin qüvvələri tərəfindən həyata keçirilir.


Bizim.Media

Seçilən
3
17
bizim.media

10Mənbələr