AZ

"FIFA Series – 2026": Azərbaycan millisi növbəti oyununu keçirəcək

BAKI, 30 mart. TELEQRAF

Azərbaycan millisi bu gün "FIFA Series – 2026" beynəlxalq turniri çərçivəsində ikinci oyununa çıxacaq.

Teleqraf xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Syerra Leone yığmasını qəbul edəcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 19:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi ilk oyununda Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.

Seçilən
16
19
teleqraf.com

10Mənbələr