AZ

Mayda 14 gün işOLMAYACAQ

Martda olduğu kimi, mayda da Azərbaycanda qeyri-iş günlərinin sayı çoxdur.

Redaktor.az 2026-cı ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən xəbər verir ki, 9 May - Faşizm üzərində Qələbə Günü, 27, 28 may tarixləri Qurban bayramı, 28 May Müstəqillik Günüdür.

Belə ki, 9 May - Faşizm üzərində Qələbə Günü şənbə gününə təsadüf etdiyindən, bazar ertəsi – 11 may da qeyri-iş günü olacaq. Beləliklə, ardıcıl 3 gün – 9, 10, 11 may tarixləri istirahət günləridir.

Maraqlıdır ki, martda olduğu kimi, mayda da iki bayram - Qurban bayramı və Müstəqillik günləri üst-üstə düşəcək. Əmək Məcəlləsinə əsasən, bayram günlərinin eyni tarixə təsadüf etməsi səbəbindən mayın 29-u da qeyri-iş günü olacaq. Bununla da, 27, 28, 29 may, həmçinin həftəsonu - 30, 31 may tarixləri qeyri-iş günü olacaq.

Ümumilikdə isə mayda şənbə-bazar da daxil 14 gün iş olmayacaq.

Azərbaycanda iyunun 1-i növbəti iş günüdür.

Seçilən
21
16
redaktor.az

10Mənbələr