AZ

İranın Livandakı səfiri öldürülüb? FOTO

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

İranın Livandakı səfiri Məhəmməd Rza Rauf Şeybaninin bu gün Beyrutda avtomobil karvanına edilən hücumda öldürüldüyü iddia edilib.

Redaktor.az xəbər verir ki, "Azad İran" teleqram kanalının məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə xəbərlər yayılıb.

Qeyd edilib ki, o, Cinnah bölgəsində nəqliyyat vasitələrinin karvanına raket zərbəsi zamanı həlak olub.

Hərbi gəmilərdən həyata keçirildiyi iddia olunan raket hücumu nəticəsində İran səfiri ilə birgə 10 nəfərdən çox digər şəxsin də öldürüldüyü bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
50
redaktor.az

10Mənbələr