AZ

Dünya bazarında neft bahalaşır

Neft qiymətləri əvvəlki sessiyada düşüşdən sonra cümə axşamı səhəri  yüksəlir.

Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında iyun ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 5,90 dollar (5,83%) artaraq bir barel üçün 107,06 dollara çatıb. Çərşənbə günü müqavilə 2,81 dollar (2,7%) azalaraq bir barel üçün 101,16 dollara düşüb.

Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarət sessiyasında WTI markalı neftin may fyuçerslərinin qiyməti 4,86 ​​dollar (4,85%) artaraq bir barel üçün 104,98 dollara çatıb. Əvvəlki sessiyada bu müqavilələr 1,26 dollar (1,2%) azalaraq bir barel üçün 100,12 dollara düşüb.

Seçilən
30
1
banco.az

10Mənbələr