Dənizkənarı Milli Park ərazisində yerləşən “Saat qülləsi”ndə Azərbaycanın Milli Etalon Vaxtı – UTC (AZ) əks olunur.
"Yeni Sabah" APA-Economics-ə istinadla xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
Qüllənin yaxınlığında ziyarətçilərin maarifləndirilməsi məqsədilə məlumatlandırıcı stend də quraşdırılıb.
“Saat qülləsi”ndə UTC (AZ)-ın göstərilməsi ölkədə beynəlxalq səviyyədə təsdiqlənmiş dəqiq vaxtın nümayişi ilə yanaşı, vətəndaşların saatlarını tənzimləyə bilməsi məqsədini daşıyır.
Milli Etalon Vaxtı - UTC (AZ) Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (Bureau International des Poids et Mesures - BIPM) tərəfindən 2025-ci ilin noyabr ayında təsdiq olunub, ölkədə vahid və etibarlı vaxt infrastrukturunun formalaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir.
Telegram kanalımız