Bakı. Trend:
Yaxın Şərqdə eskalasiyaların davam etməsi fonunda İranın İslamİnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ istehsalı olan ikinci“F-35” qırıcısını vurduğunu bəyan edib.
Trend bu barədəİran KİV-ə istinadən xəbər verir.
SEPAH bildirib ki, ABŞ-yə məxsus döyüş təyyarəsi İranın mərkəzibölgəsinin səmasında uçarkən tamamilə məhv edilib. Pilotun aqibətibarədə məlumat verilmir. İran mediasının sosial şəbəkə hesablarında"F-35" qırıcısına aid olduğu deyilən dağıntıların fotoşəkilləriyayılıb.
ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı yayılan iddialaramünasibət bildirməyib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.