AZ

Azərbaycan Kuboku: "Zirə" yarımfinalın ilk oyununda "Turan Tovuz"u məğlub edib

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.

Moderator.az-ın məlumatına görə, "Turan Tovuz" "Zirə" ilə üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçda "Zirə" qələbə qazanıb - 2:0.

Qolları Eren Aydın (55) və Leroy Mikels (88) rəqib qapısından keçiriblər.

Bu gün daha bir görüş baş tutacaq. Turnirin son qalibi "Sabah" "Qarabağ"la münasibətlərə aydınlıq gətirəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq.

Xatırladaq ki, raundun cavab matçları aprelin 21-22-də keçiriləcək.

Seçilən
44
47
moderator.az

10Mənbələr