İraqın cənubunda pilotsuz uçuş aparatları ilə hücum nəticəsində xarici neft şirkətlərinə məxsus anbarlarda yanğın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə mənbələr "Reuters" agentliyinə bildirib.
Məlumata görə, yanğının baş verməsinə dron hücumu səbəb olub.
Hadisənin digər təfərrüatları, eləcə də mümkün yaralılar barədə məlumatlar hazırda yoxdur.