AZ

Azərbaycanda icbari sığorta bazarı 29 %-dən çox kiçilib

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 43,126 milyon manat sığorta haqqı toplanılıb.

"Far.Az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 29,4 % azdır.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 27,028 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 27,3 % çoxdur.

Beləliklə, 2 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 62,7 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 34,7 manat olub.

Xatırladaq ki, yanvar-fevral aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 277,562 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % azdır.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 148,800 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 37 % çoxdur.

2 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 53,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 38,6 manat olub.

Seçilən
15
16
far.az

10Mənbələr