AZ

Azərbaycanda könüllü sığorta bazarı böyüdü

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 234,436 milyon manat sığorta haqqı toplanılıb.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Bu, 2025-ci ilin eyni dövr ilə müqayisədə 6,5 % çoxdur.Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 121,772 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 39,4 % çoxdur.Beləliklə, 2 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 51,9 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 39,7 manat olub.Xatırladaq ki, yanvar-fevral aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 277,562 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % azdır.Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 148,800 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 37 % çoxdur.

2 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 53,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 38,6 manat olub.

Seçilən
12
16
metbuat.az

10Mənbələr