AZ

“Qarabağ”ın “Sabah”ı udan günü olacaq, görəsən?

2025/26 mövsümündə “Qarabağ” klubu hələ heç bir rəsmi matçda “Sabah”ı məğlub edə bilməyib.

Sportinfo.az xəbər verir ki, iki komanda artıq üç oyun keçirib və hər üçündə Ağdam klubu qalib gələ bilməyib.

İlk oyun 18 dekabr 2025-ci ildə Azərbaycan Premyer Liqasında birinci turdan təxirə salınmış oyunda baş tutub.

“Sabah” evdə 2:1 hesabı ilə qalib gəlib. Komandalar ikinci oyununu 1 mart 2026-cı ildə çempionatın 22-ci turunda keçiriblər və oyun 3:3 hesabı ilə başa çatıb.

Üçüncü görüş 3 aprel 2026-cı ildə Azərbaycan Kuboku yarımfinalının ilk oyununda baş tutub. “Qarabağ” və “Sabah” yenə də qalibi müəyyən edə bilməyiblər və 2:2 hesabı ilə heç-heçə ediblər.

Beləliklə, bu mövsüm artıq oynanılan üç oyundan sonra “Qarabağ”ın “Sabah”a qarşı rekordu 0 qələbə, 2 heç-heçə və 1 məğlubiyyətdir.

Kubok matçının cavab oyunu 22 apreldə “Bank Respublika Arena”da keçiriləcək.

Seçilən
30
50
sportinfo.az

10Mənbələr