Hacı Zeynalabdin Tağıyev qəsəbəsində iki gün öncə dəm qazından zəhərlənən altı uşaqdan biri ölüb.
Medicina.az xəbər verir ki, müayinələrdən sonra evə buraxılan çoxuşaqlı ailənin üzvlərindən birinin qəfil halı pisləşib.
2024-cü il təvəllüdlü Cəbrayılova Gülcənnət yenidən xəstəxanaya yerləşdirilib.
Aparılan müalicə və müayinələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.