AZ

Dron hücumu Ər-Riyaddakı MKİ ofisini sıradan çıxardı



ABŞ-ın Ər-Riyaddakı səfirliyinə edilən dron hücumu nəticəsində Mərkəzi Kəşfiyyat İdarəsinin ofisinə ziyan dəyib.

The Wall Street Journal bu barədə mənbələrə istinadən xəbər verir. Onların sözlərinə görə, 3 martda iki dron hava hücumundan müdafiə sistemlərinə nüfuz edərək diplomatik məhəllədəki bir binaya çırpılıb. Səudiyyə Ərəbistanı hakimiyyəti əvvəllər kiçik ziyan barədə məlumat vermişdi, lakin mənbələr hücumun nəticələrinin daha ciddi olduğunu iddia edir.

Mənbələr qəzetə bildiriblər ki, üç mərtəbə ciddi şəkildə zədələnib, yanğın baş verib və bəzi binalar təmir olunmayacaq dərəcədə ziyan görüb.

Zərbələr və sonrakı atəş barədə xəbərlərdən qısa müddət sonra Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ölkədə səkkiz dron vurulduğunu açıqlayıb. Fox News müxbiri Jennifer Griffin adı açıqlanmayan bir məmura istinadən X-də yazıb ki, hücum zamanı diplomatik nümayəndəlikdə heç kim olmayıb və heç kim xəsarət almayıb.

Hücumdan sonra ABŞ prezidenti Donald Tramp cavab tədbirləri görüldüyünü elan edib.

SAMİRƏ

Seçilən
3
19
baki-xeber.com

10Mənbələr