AZ

Paytaxt yollarında irimiqyaslı yenilənmə: 42 ünvanda təmir işləri davam etdirilir VİDEO

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı şəhərini beynəlxalq tədbirlərə hazırlamaq və paytaxtın yol infrastrukturunu müasir standartlara uyğunlaşdırmaq məqsədilə genişmiqyaslı təmir işləri həyata keçirilir.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Paytaxt yollarında irimiqyaslı yenilənmə: 42 ünvanda təmir işləri davam etdirilir - VİDEO

Vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək, həmçinin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində paytaxtın 42 fərqli ünvanında yollar yenilənir. Layihə çərçivəsində ümumilikdə 151 849 kvadratmetr yol sahəsinin əsaslı təmiri nəzərdə tutulub.

İlkin plana əsasən, təmir prosesinin 23-30 mart tarixlərində başa çatdırılması nəzərdə tutulsa da, qeyri-sabit hava şəraiti işlərin gedişatında müəyyən ləngimələrə səbəb olub. Buna baxmayaraq, agentliyin işçi heyəti yolların qısa müddətdə hamar və təhlükəsiz vəziyyətə gətirilməsi üçün fasiləsiz fəaliyyət göstərir.

Bu tədbirlər paytaxtda nəqliyyatın hərəkət rahatlığının artırılmasına və şəhərin beynəlxalq tədbirə yüksək səviyyədə hazır olmasına mühüm töhfə verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
41
oxu.az

10Mənbələr