AZ

Qasım Süleymaninin qohumları HƏBS EDİLDİ - FOTO

Ötən axşam ABŞ-da İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" xüsusi bölməsinin 2020-ci ildə öldürülmüş komandanı, general-mayor Qasım Süleymaninin qardaşı qızı Həmidə Süleymani Əfşar və onun qızı həbs olunub.

Musavat.com xəbər verir ki, dövlət katibi ABŞ Marko Rubio onları qanuni daimi sakin statusundan məhrum edib.

Hazırda hər iki şəxs ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) idarəsində nəzarət altında saxlanılır.

Bundan əlavə, Həmidə Süleymani Əfşarın həyat yoldaşının Birləşmiş Ştatlara girişi qadağan edilib.

ABŞ Dövlət Departamenti media hesabatlarına və Həmidə Süleymani Əfşarın sosial şəbəkələrdəki, xüsusən "Instagram"dakı paylaşımlarına istinad edərək, onu İranın "totalitar, terrorçu rejiminin" tərəfdarı olmaqda və onun təbliğatını aparmaqda ittiham edir.

Dövlət Departamentinin bəyanatında deyilir:

"Birləşmiş Ştatlarda yaşadığı müddətdə o, İran rejiminin təbliğatını aparıb, Yaxın Şərqdəki Amerika əsgərlərinə və hərbi obyektlərinə hücumları qeyd edib, İranın ali liderini vəsf edib, Amerikanı "Böyük Şeytan" adlandırıb və terror təşkilatı kimi tanınan SEPAH-a sarsılmaz dəstəyini bəyan edib. Həmidə Süleymani Əfşar bu təbliğatı Los-Ancelesdə dəbdəbəli həyat tərzi sürərək həyata keçirib ki, bunu da onun bu yaxınlarda silinmiş "Instagram" hesabındakı tez-tez paylaşdığı fotolar sübut edir".

Musavat.com

Seçilən
23
29
musavat.com

10Mənbələr