Bakı. Trend:
Milli Hidrometeorologiya Xidməti aprelin 6-da Bakıda və Abşeronyarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli havaşəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Xidmətdən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeronyarımadasında, Qazax, Ağstafa, Daşkəsən, Mingəçevir, Naftalan,Goranboyda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyiəsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraqşimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkiledəcək.