Azərbaycan Premyer Liqasının 26-cı turunun “Qarabağ” – “Karvan” matçında mövsümün ən böyükhesablı nəticəsi qeydə alınıb.
Arena.az xəbər verir ki, Ağdam klubu ev matçında 7:0 hesablı qələbə qazanıb.
Bu, təkcə cari mövsümün deyil, son 4 çempionatda qeydə alınmış ən böyük fərqdir. Sonuncu dəfə daha fərqli qələbə 2021/2022-ci illər mövsümünə təsadüf edib. 1452 gün, təxminən 4 il əvvəl – 2022-ci aprelin 15-də “Qarabağ” “Şamaxı”nı 8 cavabsız qolla məğlub etmişdi.
Xatırladaq ki, turnirin tarixində 47-ci dəfə bir komanda rəqibini 7 və ya daha çox top fərqi ilə məğlub edib.
Ağdam təmsilçisi Premyer Liqanın cari mövsümündə topladığı 55 xalla 2-ci pillədə qərarlaşıb. Qurban Qurbanovun komandası 25 oyunda 17 qələbə qazanıb, 4 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.
