AZ

Azərbaycanda üçüncü ZƏLZƏLƏ - YENİLƏNİB

Xəzərdə üçüncü dəfə zəlzələ olub.

Bu barədə Redaktor.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Zəlzələ yerli vaxtla 13:21-də qeydə alınıb.

3 maqnitudalı yeraltı təkan 21 km dərinlikdə olub.

***

Xəzərdə daha bir zəlzələ olub.

Bu barədə Redaktor.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Zəlzələ yerli vaxtla 13:10-da qeydə alınıb.

3.2 maqnitudalı yeraltı təkan 20 km dərinlikdə qeydə alınıb.

***

Xəzər dənizində zəlzələ olub, Azərbaycanın cənub bölgəsində hiss olunub.

Redaktor.az-ın xəbərinə görə, yeraltı təkan Lənkəran və Astarada daha çox hiss edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişlinin APA-ya verdiyi açıqlamaya görə, 70 km dərinlikdə baş verən yeraltı təkanın 4-5 bal gücündə olduğu ehtimal edilir.

Zəlzələ cənub zonasında, əsasən, Cəlilabad, Astara, Lənkəran, Lerikdə 3 bal gücündə hiss edilib.

Seçilən
0
23
redaktor.az

10Mənbələr