AZ

FHN intensiv yağışların yaratdığı fəsadları aradan qaldırır - VİDEO

BAKI, 10 aprel. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri ötən gecə və gün ərzində fasiləsiz olaraq davam etdirilib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Hazırda Bakı şəhərinin Xəzər, Nizami, Sabunçu, Binəqədi və Səbail rayonlarında, Sumqayıt şəhərində, Abşeron və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri həyata keçirilir.

Qeyd edəki ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri FHN-in Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri tərəfindən görülür.

Seçilən
0
49
teleqraf.com

10Mənbələr