AZ

"Zirə" hesabı bərabərləşdirdi - Yenilənir

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasında 27-ci tur davam edir. 

QOL.az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan 3 görüşdən biri artıq başa çatıb.

Günün ilk matçında “Qarabağ” səfərdə “Şamaxı”nın qonağı olub. Matç qolsuz bərabərliklə yekunlaşıb. Cari mövsüm bu komandaların çempionatdakı əvvəlki iki oyunundan birində Ağdam klubu qələbə qazanıb - 2:1. İkinci görüşdə isə qalib aşkarlanmayıb - 0:0.

Digər oyunda “Zirə” səfərdə “Sabah”la üz-üzə gəlir. Cari mövsüm bu komandaların matçlarında üstün tərəf Masazır təmsilçisidir - 3:0 və 3:1. 

Günün son görüşündə isə “Neftçi” “Araz-Naxçıvan”ı sınağa çəkəcək. Bu komandalar arasında mövsümün ilk oyununda qalib aşkarlanmasa da (2:2), ikinci görüşdə “Neftçi” böyük hesablı qələbə qazanıb - 4:0. 

Misli Premyer Liqası 

27-ci tur

11 aprel (şənbə)

18:00. “Sabah” - “Zirə” - 1:1 (Birinci hissə)

Qol: Coy Lens Mikels, 16 (1:0), Ruan Renato, 31-pen. (1:1)
“Bank Respublika Arena”

15:30. “Şamaxı” - “Qarabağ” - 0:0
Şamaxı şəhər stadionu

20:00. “Neftçi” - “Araz-Naxçıvan” 
“Palms Sports Arena”

12 aprel (bazar)

15:30. “Qəbələ” - “İmişli” 
Qəbələ şəhər stadionu

18:00. “Turan Tovuz” - “Sumqayıt” 
Tovuz şəhər stadionu

10 aprel (cümə)

“Karvan-Yevlax” - “Kəpəz” - 4:1

Bombardirlər:

Coy Lens Mikels (“Sabah”) - 18 qol

Velko Şimiç (“Sabah”) - 11 qol

Bassalu Sambu ("Neftçi") - 10 qol

Emin Mahmudov ("Neftçi") - 9 qol

Karim Rossi ("Şamaxı") - 9 qol

Seçilən
0
20
teleqraf.com

10Mənbələr