AZ

Üçüncü raund da bitdi

İslamabadda keçirilən danışıqların üçüncü raundu başa çatdıqdan sonra İran və ABŞ nümayəndə heyətləri arasında bəzi ciddi ziddiyyətlər hələ də qalmaqdadır.

Publika.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Qeyd edilibr ki, nümayəndə heyətləri arasında hələ də ciddi fikir ayrılıqları mövcuddur və indi növbə Birləşmiş Ştatlarındır; onlar həddindən artıq yüksək tələblərindən əl çəkməli və ambisiyalarını realist yanaşma ilə əvəzləməlidirlər.

Pakistanda İran və ABŞ arasında Yaxın Şərqdə nizamlanmaya dair danışıqların üçüncü raundu yekunlaşıb. Pakistandakı danışıqlarda ABŞ nümayəndə heyəti İrana qarşı "ifrat dərəcədə yüksək" tələblər irəli sürüb. Bununla belə, mənbənin məlumatına görə, Tehran münaqişə dövründə əldə etdiyi uğurları qoruyub saxlamağa çalışır.

Yaxın Şərqdə nizamlanma ilə bağlı İran və ABŞ arasındakı danışıqlar aprelin 11-də İslamabadda, Pakistanın Baş naziri Şahbaz Şərifin vasitəçiliyi ilə baş tutub. İslam Respublikasını XİN rəhbəri Abbas Araqçı və parlament sədri Məhəmməd-Baqer Qalibaf təmsil edib.

Seçilən
34
13
publika.az

10Mənbələr