AZ

Macarıstanda müxalif “Tisa” partiyasının seçkilərdə qalib gələvəyi gözlənilir

Sorğulara görə, Peter Macarın rəhbərlik etdiyi siyasi qüvvə Orbanın “Fidesz” partiyasını geridə qoyur...

Poliqon xəbər verir ki, Macarıstanda parlament seçkiləri ilə bağlı keçirilən son rəy sorğuları müxalif “Tisa” partiyasının qələbə qazanmaq ehtimalının yüksək olduğunu göstərir. Reuters agentliyinin yaydığı məlumata əsasən, səsvermə başlamazdan əvvəl keçirilən və seçki məntəqələri bağlandıqdan sonra açıqlanan sorğulara görə, Peter Macarın rəhbərlik etdiyi partiya 55–57 faiz səs toplayaraq hazırkı baş nazir Viktor Orbanın “Fidesz” partiyasını qabaqlayır.

Agentlik qeyd edir ki, bu tip sorğular əvvəlki seçkilərdə də kifayət qədər dəqiq nəticələr verib və faktiki nəticələrlə böyük ölçüdə üst-üstə düşüb. Bu baxımdan, mövcud göstəricilər Macarıstanda siyasi hakimiyyətin dəyişə biləcəyi ehtimalını gücləndirir.

Eyni zamanda vurğulanır ki, Macarıstanda bu seçkilər zamanı exit-poll sorğuları aparılmadığı üçün ilkin proqnozlar əsasən əvvəlcədən keçirilmiş rəy sorğularına əsaslanır. Bu isə rəsmi nəticələr açıqlanana qədər müəyyən qeyri-müəyyənliyin qalmasına səbəb olur.

Analitiklər bildirirlər ki, əgər bu nəticələr təsdiqini tapsa, bu, ölkənin siyasi tarixində mühüm dönüş nöqtəsi olacaq və həm daxili siyasətdə, həm də Avropa İttifaqı ilə münasibətlərdə ciddi dəyişikliklərə yol aça bilər.

Poliqon.info

Seçilən
29
41
poliqon.info

10Mənbələr