AZ

“Kəpəz” 350-yə çatdı

Misli Premyer Liqasının XXVII turu “Kəpəz” üçün əlamətdar olub.

Apasport.az xəbər verir ki, Gəncə klubu Azərbaycan çempionatının yüksək dəstəsində 350-ci səfər oyununu keçirib.

Bu yubiley “Karvan-Yevlax”la matça təsadüf edib.

“Kəpəz” rəqib meydanlarında 164-cü məğlubiyyətini alıb – 1:4. Hesabında 100 qələbə olan qərblilər 86 matçdan bir xalla ayrılıb. 393 qola sevinən Gəncə təmsilçisi 538 top buraxıb.

“Kəpəz” çempionatın tarixində 350 və daha çox səfər matçı keçirən 4-cü komandadır. Yalnız “Qarabağ”, “Neftçi” və “Şamaxı”nın hesabında daha çox səfər görüşü var.

I Liqa: Mərkəzi görüşün hakimləri bəlli oldu

“Sabah”dan inamlı qələbə

Jorj Kaşkilya: “Əsas olan yerimizi qorumaqdır”

“İmişli” Qəbələdən 3 xalla qayıdır - YENİLƏNİB

Tovuzda heyətlər bəlli oldu

Seçilən
2
15
apasport.az

10Mənbələr