AZ

“ABŞ İrandan sonra Kubaya nəzər sala bilər” Tramp

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ İranla münaqişəni həll etdikdən sonra Kubaya "nəzər sala" bilər.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib.

"Biz bunu (İranı - red.) həll edəcəyik və bununla işimizi bitirdikdə Kubaya nəzər sala bilərik", - o bildirib.

Trampın fikrincə, uzun illər boyu pis idarəetmə səbəbindən Kuba tənəzzül içindədir.

Amerika lideri dəfələrlə iddia edib ki, Venesueladan neft tədarükü dayandırıldıqdan sonra Kuba hökuməti və iqtisadiyyatı süquta yaxındır. Fevralın 27-də Tramp bildirib ki, Birləşmiş Ştatlar "Kuba üzərində dostcasına nəzarət qura" bilər.

Daha sonra Havana və Vaşinqton ikitərəfli fikir ayrılıqlarını həll etmək üçün danışıqlar aparıb. Kuba hər iki dövlətin siyasi sistemlərinə və suverenliyinə hörmət və bərabərlik əsasında dialoq aparmağa hazır olduğunu ifadə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
50
azpolitika.info

10Mənbələr