AZ

Azərbaycanın stolüstü tennisçiləri qarşıdakı yarışlara Çində hazırlaşacaqlar

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 aprel, AZƏRTAC

Stolüstü tennisçilər növbəti beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.

Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, milli komandanın üzvləri Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova və Aylin Əsgərova bu gün Çinə yola düşüblər. Onlar baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə aprelin 14-dən 27-dək Çinin Hebey əyalətinin paytaxtı Şijiazuanq şəhərində yerli idmançılarla birgə məşq proseslərində iştirak edəcəklər.

Təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
7
azertag.az

10Mənbələr