AZ

ABŞ blokadası ilk gündən pozuldu: Çin gəmisi Hörmüzdən keçdi

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-nin İranla bağlı dəniz nəqliyyatına tətbiq etdiyi blokada qüvvəyə mindikdən cəmi bir neçə saat sonra sanksiya siyahısında olan Çin tankerinin Hörmüz boğazından keçərək Körfəz bölgəsindən çıxdığı bildirilib. 

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bu hadisə blokadadan sonra qeydə alınan ilk mühüm keçid kimi təsdiqlənib. 

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranla yaranan gərginlikdən sonra Hörmüz boğazında blokada qərarı verib. Verilən müddət başa çatdıqdan sonra ABŞ-nin blokadası yerli vaxtla 17:00-da qüvvəyə minib. İran limanlarına daxil olan və çıxan bütün gəmilərin saxlanılacağı açıqlansa da, Çin tankeri boğazdan keçib. 

ABŞ sanksiyalarına məruz qalan “Rich Starry” adlı Çin tankeri blokadanın başlamasından sonra Hörmüz boğazından keçərək Körfəzdən çıxan ilk tanker olub. “Marine Traffic” izləmə sisteminin məlumatına görə, bu hadisə blokadadan sonrakı ilk belə keçid kimi qeydə alınıb. 

ABŞ sanksiyaları altında olan digər tanker “Murlikishan” da Hörmüz boğazı istiqamətində hərəkət edir. Məlumata görə, boş olan tanker 16 apreldə İraqda yanacaq yükləməlidir. Gəminin əvvəlki adı MKA olub. Onun əvvəllər Rusiya və İran nefti daşıdığı bildirilir. 

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun Pekində keçirdiyi mətbuat konfransında bildirib ki, Hörmüz boğazı beynəlxalq ticarət və enerji daşımaları üçün kritik əhəmiyyət daşıyır. 

Onun sözlərinə görə, bölgədə sabitliyin qorunması beynəlxalq ictimaiyyətin ümumi marağındadır. Çin tərəfi problemin həlli üçün dialoqun vacib olduğunu və bu istiqamətdə konstruktiv rol oynamağa davam edəcəyini qeyd edib. 

Aişə Abdulova 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
50
cebheinfo.az

10Mənbələr